AZAL təyyarəsinin qəzasından bir il ötür
“Azərbaycan Hava Yolları”nın (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğramasından bir il ötür.
Böyük Azərbaycan Partiyasının (BAP) sədri, Milli Məclisin deputatı Elşad Musayev və partiyanın Mərkəzi Şurası qəza nəticəsində faciəvi şəkildə həlak olanlara bir daha Allah rəhmət diləyir, onların yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verir.
Allah dövlətimizi və xalqımızı qorusun!
BAP Mətbuat Xidməti