Böyük Azərbaycan Partiyası

BAP ilin yekun tədbirini keçirdi

Bu gün Böyük Azərbaycan Partiyası (BAP) 2025-ci ilin yekunları və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı tədbir keçirib. Tədbiri giriş sözü ilə partiyanın sədri, Milli Məclisin deputatı Elşad Musayev açıb. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra il ərzində partiya xətti ilə görülən işlər barədə ümumi məlumat verilib.

Görüşdə BAP Siyasi Şurasının üzvləri, BAP Mərkəzi Aparatının əməkdaşları, rayon təşkilat sədrləri və partiya fəalları iştirak edib.

Sonda tədbir iştirakçılarına uğurlar diləyən millət vəkili Elşad Musayev qarşıdan gələn 2026-cı ilin xalqımız və dövlətimiz üçün düşərli il olmasını arzulayıb, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə xalqımızı təbrik edib.

BAP Mətbuat Xidməti