Böyük Azərbaycan Partiyası

Deputat: “Qəbul etdiyimiz qanunların icrasına nəzarəti həyata keçirə bilmirik”

“Biz qəbul etdiyimiz qanunların icrasına nəzarəti həyata keçirə bilmirik. Bu da şikayətlərin əsasını təşkil edir. Məsələn, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanun qəbul olunub, amma ölkənin bütün iaşə obyektlərində siqaret çəkilir”.

Bapaz.az xəbər verir ki, bunu deputat Elşad Musayev Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan “Tütün və tütün məmulatı haqqında” Qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı deyib.

O bildirib ki, uşaqların kompüter oyunları oynadığı məkanlarda siqaret çəkilir:

“Biz də sakit dururuq, sonra deyirik ki, bunu necə icra edək? Bu qanunun icrasına kim nəzarət etməlidir? Günahı ilk növbədə özümüzdə axtaraq. Sakit oturanda problem həll olunmur, bir-birinin üzərinə yığılır. Bizim gələcək nəslimiz çox böyük təhlükə altındadır”.

BAP Mətbuat Xidməti