Böyük Azərbaycan Partiyası

Elşad Musayev 2025-ci ilin hesabat tədbirində çıxış edib

Binəqədi Rayon İcra Hakimiyyətində 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib.

Tədbirdən öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyev adına istirahət parkında ucaldılan abidəsini ziyarət etdilər, abidə önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad etdilər.

Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin deputatı Elşad Musayev tədbirdə çıxış edib, il ərzində rayon ərazisində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

BAP Mətbuat Xidməti