Böyük Azərbaycan Partiyası

Elşad Musayev Biləcəridə 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib

Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin deputatı Elşad Musayev Binəqədi rayonunda 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Biləcəri qəsəbəsində yerləşən 20 Yanvar şəhidlərinin xatirəsinə inşa olunmuş parkda ucaldılmış “Güllə yağışı” abidəsini ziyarət edib.

Binəqədi Rayon İcra Hakimiyyətinin kollektivi, millət vəkilləri və rayon ictimaiyyətinin də qatıldığı tədbirdə “Güllə yağışı” abidəsinin önünə gül dəstələri qoyulub, xalqımızın azadlığı yolunda canlarından keçən şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilib.

BAP Mətbuat Xidməti