Böyük Azərbaycan Partiyası

Elşad Musayev Prezidenti təbrik etdi

Bu gün Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin deputatı Elşad Musayev Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib, xoş günlər arzulayıb. Bapaz.az həmin təbriki olduğu kimi təqdim edir:

“Möhtərəm cənab Prezident.

Sizi doğum gününüz münasibətilə öz adımdan və rəhbərlik etdiyim Böyük Azərbaycan Partiyası adından səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı və dövlətimiz üçün gördüyünüz işlərdə müvəffəqiyyətlər arzulayıram.

Dünyada gedən proseslər fonunda və dövlətimiz üçün çox əhəmiyyətli bir zamanda Sizin rəhbərliyiniz altında istər ərazi bütövlüyümüz və itirilən tarixi torpaqlarımızın geri qaytarılması istiqamətində, istərsə də işğaldan azad olunmuş ərazilərimizdə aparılan böyükmiqyaslı tikinti-quruculuq sahəsində görülən işlər göz önündədir.

Son illər Azərbaycanın daxili və xarici siyasətində qazanılmış uğurlar, yüksək inkişaf yolu məhz Sizin apardığınız siyasətin nəticəsidir. Buna görə də bu gün böyük layihələrə imza atan Azərbaycan regionun lider dövlətinə çevrilib.

Möhtərəm cənab Prezident, Sizi bir daha doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, şəxsi həyatınızda və dövlətimiz adına gördüyünüz işlərdə uğurlar arzulayıram.

Hörmətlə,

Elşad Musayev

Böyük Azərbaycan Partiyasının sədri,
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini”