Elşad Musayev prezidentin çıxışından danışdı
Yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə keçirilib.
Müşavirədə ölkə prezidenti su anbarlarının tikilməsi, içməli su və suvarma layihələrinin həyata keçirilməsi, duzsuzlaşdırma zavodunun inşası sahəsində müəyyən işlərin görüldüyünü bildirib və gələcəkdə iri infrastruktur layihələrin həyata keçiriləcəyini qeyd edib.
Bapaz.az mövzu ilə bağlı Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin deputatı Elşad Musayevin fikirlərini öyrənib. Deputat bildirib ki, cənab prezidentin sədrliyi altında bu məsələnin müzakirəyə çıxarılması çox düzgün addımdır. Mən də görülən və görüləcək işlərlə bağlı prezidentin mövqeyi ilə tanış oldum, prezident gələcəkdə böyük layihələrin həyata keçiriləcəyini bildirdi. Biz də bu proqramın həyata keçirilməsini dəstəkləyirik və təqdir edirik.
BAP Mətbuat Xidməti