Böyük Azərbaycan Partiyası

Elşad Musayev Qərbi Azərbaycan İcmasının iclasında iştirak edib

Böyük Azərbaycan Partiyasının (BAP) sədri, Milli Məclisin deputatı Elşad Musayev Qərbi Azərbaycan İcması İdarə Heyətinin növbəti iclasında iştirak edib.

İclasda İcmanın 2025-ci il üzrə fəaliyyəti qiymətləndirilib, struktur və kadr məsələlərinə baxılıb, həmçinin 2026-cı il üçün Tədbirlər Planı müzakirə edilərək təsdiqlənib.

BAP sədri, millət vəkili Elşad Musayev tədbirdə çıxış edərək müzakirə olunan məsələlər barədə rəy və təkliflərini bildirib.

BAP Mətbuat Xidməti