Böyük Azərbaycan Partiyası

Elşad Musayev vətəndaşları qəbul etdi

Milli Məclisin deputatı, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Binəqədi rayonu Biləcəri qəsəbəsində növbəti vətəndaş qəbulu keçirdi.

Bələdiyyə binasında baş tutan görüşdə rəsmi şəxslər, cəmiyyətin sosial müdafiəyə ehtiyacı olan nümayəndələri və digər qəsəbə sakinləri iştirak etdi.

Qəbul zamanı müraciət və təkliflər dinlənildi, bəzi məsələlər yerində öz həllini tapdı, digər müraciətlər qanunamüvafiq qaydada həll olunması üçün nəzarətə götürüldü.

Qəbuldan sonra millət vəkili Biləcəri qəsəbəsində yerləşən 298 nömrəli tam orta məktəbdə oldu, məktəbin problemləri ilə maraqlandı və narahatedici məqamlarla bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını qeyd etdi.

BAP Mətbuat Xidməti