Böyük Azərbaycan Partiyası

Elşad Musayev Xocalı soyqırımı abidəsini ziyarət edib

Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Milli Məclisin deputatı, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və partiya üzvləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər.

Partiya rəsmiləri Xocalı soyqırımı abidəsinin önünə gül dəstələri düzüb, faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıblar.

BAP Mətbuat Xidməti