Böyük Azərbaycan Partiyası

Millət vəkili ictimai dinləmədə çıxış etdi

Bu gün parlamentdə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin təşkilatçılığı ilə “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai dinləmə keçirilib.

Böyük Azərbaycan Partiyasının (BAP) sədri, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev tədbirdə çıxış edib. Millət vəkili ölkəmizdə turizmin inkişaf perspektivləri barədə öz fikir və təkliflərini bildirib.

Sonda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının hazırladığı videoçarx nümayiş etdirilib. Tədbir iştirakçıları videoçarx vasitəsilə Azərbaycan ərazisində fəaliyyət göstərən müalicə, sağlamlıq və istirahət mərkəzlərində yaradılmış şərait və müalicə prosedurları ilə tanış olublar.

BAP Mətbuat Xidməti