Əsas məzmuna keç
CƏMİYYƏT

Böyük Azərbaycan Partiyası xalqı təbrik etdi

BAP BAP Rəsmi İnformasiya Portalı
Paylaş:
Böyük Azərbaycan Partiyası xalqı təbrik etdi

Böyük Azərbaycan Partiyasının sədri, millət vəkili Elşad Musayev 17 Noyabr Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib.

17 Noyabr xalqımız üçün əlamətdar bir gündür. Uzun müddət əsarətdə yaşayan, repressiya və qadağalar məngənəsində sıxılan xalqımızın milyonlarla övladı Sovet imperiyasına etiraz olaraq, məhz bu gün Azadlıq meydanına toplaşdı və Milli tariximizin şanlı səhifələrindən bir olan Milli Dirçəliş Gününü tarixə yazdı. Həmin vaxtlarda biz bir xalq olaraq öz iradəmizi ortaya qoyduq və müstəqilliyə haqqımızın çatdığını bütün dünyaya bəyan etdik. Məhz həm də Meydan hərəkatından başlayan böyük bir mübarizənin məntiqi sonluğu olaraq Sovet İmperiyası süqut etdi və Azərbaycan xalqı öz müstəqilliyinə qovuşdu.

Bu tarixi gün münasibəti ilə xalqımızı ürəkdən təbrik edir, milli birliyimizin, bütövlüyümüzün və müstəqilliyimizin daimi olmasını arzulayırıq.

BAP Mətbuat Xidməti

Tövsiyə olunanlar

Digər partiya xəbərləri