Əsas məzmuna keç
CƏMİYYƏT

Elşad Musayev: "Qubadlı rayonu bu gün sanki yenidən doğulur"

BAP BAP Rəsmi İnformasiya Portalı
Paylaş:
Elşad Musayev: "Qubadlı rayonu bu gün sanki yenidən doğulur"

Bu gün Qubadlı rayonunun işğaldan azad edildiyi gündür.

Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin deputatı Elşad Musayev bildirib ki, Qubadlı təkcə strateji coğrafi mövqe deyil, həm də Azərbaycanın mədəni, mənəvi bütövlüyünün ayrılmaz bir hissəsidir:

“İşğal dövründə düşmən tərəfindən dağıdılan, viran qoyulan Qubadlı bu gün tamamilə yenidən doğulur. Hazırda rayonda genişmiqyaslı infrastruktur layihələri icra olunur, yeni yollar salınır,  İşğaldan azad edilmiş torpaqların iqtisadi potensialı dirçəldilir.

Qubadlı zirvələrində üçrəngli bayrağımızı ucaldan şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyirəm. Onların hər biri bizim qürur mənbəyimizdir. Qazilərimizə Tanrıdan şəfa, cansağlığı diləyirəm” – deyə deputat bildirib.

BAP Mətbuat Xidməti

Tövsiyə olunanlar

Digər partiya xəbərləri