Əsas məzmuna keç
CƏMİYYƏT

Elşad Musayev: "Kəlbəcərin azadlığı xalqımızın birliyinin təntənəsidir"

BAP BAP Rəsmi İnformasiya Portalı
Paylaş:
Elşad Musayev: "Kəlbəcərin azadlığı xalqımızın birliyinin təntənəsidir"
Bu gün Kəlbəcər rayonunun işğaldan azad olunduğu gündür.
25 Noyabr – Kəlbəcər Şəhəri Günü xalqımızın müasir tarixinin ən qürurverici və şanlı səhifələrindən biridir. 1993-cü ilin aprelində işğal altına düşən və 27 il ərzində misli görünməmiş ekoloji və mədəni terrora məruz qalan bu qədim yurdumuz Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Zəfər nəticəsində bir güllə belə atılmadan, şəhid vermədən azad edildi.
Milli Məclisin deputatı Elşad Musayev bapaz.az-a açıqlamasında bildirib ki, Kəlbəcər rayonu ‘Böyük Qayıdış’ proqramı çərçivəsində sürətli dirçəliş dövrünü yaşayır:
“Çətin dağlıq relyefə baxmayaraq, Murovdağ tunelinin və Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun inşası, müasir enerji infrastrukturunun qurulması, eləcə də əfsanəvi ‘İstisu’ sanatoriyasının bərpası bölgənin gələcək inkişafının əsasını qoyur.
Artıq doğma torpaqlarına qayıdan kəlbəcərlilər bu nəhəng quruculuq işlərinin bilavasitə iştirakçısına çevriliblər.
Kəlbəcərin azadlığı Xalq-Ordu birliyinin sarsılmaz gücünün təntənəsidir. Bu əlamətdar gün münasibətilə bütün Azərbaycan xalqını və doğma yurdlarına qovuşan kəlbəcərliləri ürəkdən təbrik edirəm.
Bu gün biz bu tarixi ədaləti bizə bəxş edən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə cansağlığı arzulayırıq”.
BAP Mətbuat Xidməti

Tövsiyə olunanlar

Digər partiya xəbərləri