GÖRÜŞLƏR 18.10.2025 | 15:50

Elşad Musayev vətəndaşları qəbul etdi

BAP BAP Rəsmi İnformasiya Portalı
Paylaş:

Bu gün Milli Məclisin deputatı, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Binəqədi rayonu Binəqədi qəsəbəsində növbəti vətəndaş qəbulu keçirdi.

Bələdiyyə binasında baş tutan görüşdə rəsmi şəxslər, cəmiyyətin sosial müdafiəyə ehtiyacı olan nümayəndələri və digər qəsəbə sakinləri iştirak etdi.

Qəbul zamanı müraciət və təkliflər dinlənildi, bəzi məsələlər yerində öz həllini tapdı, digər müraciətlər qanunamüvafiq qaydada həll olunması üçün nəzarətə götürüldü.

BAP Mətbuat Xidməti

 

Tövsiyə olunanlar

Digər partiya xəbərləri