Elşad Musayev jurnalistləri təbrik etdi
Bu gün – 22 iyul Milli Mətbuat Günüdür.
Əsası Həsən Bəy Zərdabi tərəfindən qoyulan Azərbaycanın milli mətbuatının yaranmasından 151 il ötür.
Bu münasibətlə Milli Məclisin deputatı, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev media nümayəndələrini təbrik edib:
“Dövlətimizin və millətimizin mənafeyi, xalqın rifahı, insan haqlarının qorunması istiqamətində xidmətləri olan bütün jurnalistləri təbrik edir, fəaliyyətlərində uğurlar arzulayır, peşə borclarını yerinə yetirərkən şəhid olan jurnalistlərə Allahdan rəhmət diləyirəm.
İnanıram ki, sizlər də milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin əsasını qoyduğu təməl ideyalara daim sadiq qalacaqsınız” – deyə millət vəkili bildirib.
BAP Mətbuat Xidməti