Şəhid övladı Elşad Musayevə təşəkkür etdi
Şəhid övladı Kərimov Səbuhi Sabir oğlu Milli Məclisin deputatı Elşad Musayevə təşəkkür edib.
Bapaz.az təşəkkür məktubunu olduğu kimi təqdim edir:
“Hörmətli Elşad müəllim!
Bir şəhid övladı və Azərbaycan müəllimi olaraq sizə sonsuz minnətdarlığımı bildirirəm. Çünki sizə ünvanladığım müraciətimi çox qısa zamanda Həmkarlar Konfedrasiyasına yönəldərək məsələni həll etmisiniz.
Sizin dəstəyiniz sayəsində müraciətimə müsbət cavab aldım və hazırda “Nafta Sanatoriyası”nda müalicə alıram.
Şəhid övladlarına və ziyalılara göstərdiyiniz diqqətə, qayğıya və mənə verdiyiniz dəstəyə görə sizə bir daha minnətdarlığımı bildirirəm. Vətənimizə və xalqımıza xidmət yolunda sizə möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar arzulayıram.
Kərimov Səbuli
şəhid övladı, müəllim”.