GÖRÜŞLƏR 13.12.2025 | 15:00

Deputat Binəqədi sakinlərini qəbul etdi

BAP BAP Rəsmi İnformasiya Portalı
Paylaş:

Milli Məclisin deputatı, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Binəqədi rayonu Binəqədi qəsəbəsində növbəti vətəndaş qəbulu keçirdi.

Bələdiyyə binasında baş tutan görüşdə rəsmi şəxslər, şəhid ailələri, cəmiyyətin sosial müdafiəyə ehtiyacı olan nümayəndələri və digər qəsəbə sakinləri iştirak etdi.

Fərdi və ümumi şəkildə keçirilən görüş zamanı müraciət və təkliflər dinlənildi, bəzi məsələlər yerində öz həllini tapdı, digər müraciətlər qanunamüvafiq qaydada həll olunması üçün nəzarətə götürüldü.

BAP Mətbuat Xidməti

Tövsiyə olunanlar

Digər partiya xəbərləri