Elşad Musayev "Polis Günü" tədbirində iştirak edib
02 iyul 2026-cı il tarixində Binəqədi rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 2 İyul – Azərbaycan Polisi Günü və Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin deputatı Elşad Musayev iştirak edib.
Çıxışı zamanı millət vəkili qeyd edib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir, eyni zamanda, Azərbaycan polisi vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur.
Tədbirin sonunda xatirə şəkilləri çəkilib.


