BAP sədri şəhid Akif Qurbanovun dəfnində iştirak etdi
Böyük Azərbaycan Partiyasının sədri (BAP), Milli Məclisin deputatı Elşad Musayev Birinci Qarabağ müharibəsinin itkin şəhidi Akif Cəbrayıl oğlu Qurbanovun dəfn mərasimində iştirak edib.
Binəqədi rayonunun Sulutəpə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn olunan şəhidin ailə üzvlərinə başsağlığı verən millət vəkili Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidi Akif Qurbanov 1975-ci il oktyabrın 29-da Xırdalan şəhərində anadan olub. O, 1994-cü il aprelin 26-da Ağdam rayonunun Şotlanlı kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb. Allah rəhmət etsin!
BAP Mətbuat Xidməti

