CƏMİYYƏT 24.08.2026 | 14:04

Elşad Musayev: “Prezidentin Özbəkistan səfərinin tarixi əhəmiyyəti vardır”

BAP BAP Rəsmi İnformasiya Portalı
Paylaş:

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasına dövlət səfərinə gedib.

“Daşkənd-Xumo” Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşılayıblar. BAPAZ.AZ olaraq bu səfərlə bağlı Milli Məclisin deputatı Elşad Musayevin fikirlərini öyrəndik. Deputat bildirdi ki, Prezident İlham Əliyevin Özbəkistana səfərinin tarixi əhəmiyyəti vardır:

“Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır. Prezidentin bu səfəri çərçivəsində siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq ilə bağlı ümumi razılaşmalar əldə olundu. Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illərlə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib. Bu, çox yaxşı göstəricidir. Bundan əlavə, 2026-cı ilin yanvar-may aylarında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollara çatıb. İqtisadi-ticari əməkdaşlığımız son illərdə sürətli inkişaf dinamikası nümayiş etdirir”.

Deputat əlavə edib ki, Hökumətlərarası Komissiya iqtisadi, ticari, investisiya və digər sahələrdə əlaqələrin inkişafında mühüm rol oynayır:

“Energetika sektorunda, yaşıl enerji sahəsində əməkdaşlığımız fəal şəkildə davam edir. Xalqlarımızın qarşılıqlı səyləri və dövlətlərimizin birgə dəstəyi sayəsində son illərdə mədəni-humanitar əlaqələr uğurla inkişaf edir. Azərbaycan ilə Özbəkistanın ortaq türk irsinin qorunması və təşviqi istiqamətində həyata keçirdikləri təşəbbüslər bu böyük mənəvi irsin gələcək nəsillərə ötürülməsi baxımından misilsiz əhəmiyyətə malikdir. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə siyasi dialoqun genişləndirilməsinə, iqtisadi əlaqələrin dərinləşdirilməsinə, nəqliyyat və kommunikasiya imkanlarının artırılmasına,  humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir”.

BAP Mətbuat Xidməti

 

Tövsiyə olunanlar

Digər partiya xəbərləri