Əsas məzmuna keç
CƏMİYYƏT

Böyük Azərbaycan Partiyası xalqı təbrik etdi

BAP BAP Rəsmi İnformasiya Portalı
Paylaş:
Böyük Azərbaycan Partiyası xalqı təbrik etdi

Bu gün Azərbaycan xalqı dövlət müstəqilliyi bərpasının 35-ci ildönümünü qeyd edir.

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Bu aktla Azərbaycan özünü 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etdi və sovet imperiyasının dağılması ilə müstəqilliyini ikinci dəfə bərpa etdi.

2021-ci il oktyabrın 15-də isə Milli Məclis “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqlədi. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan olundu.

Böyük Azərbaycan Partiyasının sədri, millət vəkili Elşad Musayev və partiyanın Siyasi Şurası Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edir.

BAP Mətbuat Xidməti

Tövsiyə olunanlar

Digər partiya xəbərləri