Böyük Azərbaycan Partiyasının BƏYANATı
Azərbaycan Respublikası Nazirlər Kabineti 21 sentyabr 2026 – cı il tarixində “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nə aid qərar qəbul etmişdir.
Qərara əsasən, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsiplərinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir.
Bu qərardan sonra bir sıra xarici qüvvələr və beynəlxalq mətbuat tərəfindən dövlətimizə qarşı qərəzli hücumlar başlamışdır.
Böyük Azərbaycan Partiyası olaraq, beynəlxalq mətbuatın Azərbaycana qarşı qərəzli mövqeyini və ölkəmizin daxili işlərinə müdaxilə cəhdlərini qətiyyətlə pislədiyimizi bildirir, Nazirlər Kabinetinin 309 saylı qərarını dəstəklədiyimizi bəyan edirik.