Əsas məzmuna keç
CƏMİYYƏT

Elşad Musayev: "İşğal dövründə dağıdılmış Füzuli şəhəri bu gün yenidən qurulur"

BAP BAP Rəsmi İnformasiya Portalı
Paylaş:
Elşad Musayev: "İşğal dövründə dağıdılmış Füzuli şəhəri bu gün yenidən qurulur"

17 oktyabr Füzuli rayonunun işğaldan azad edildiyi gündür.

Mövzu ilə bağlı bapaz.az olaraq Milli Məclisin deputatı, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin fikirlərini öyrəndik.

Deputat bildirdi ki, əks hücum zamanı düşmənin Füzuli ərazisində qurduğu keçilməz hərbi istehkamlar Azərbaycan ordusu tərəfindən qısa müddətdə yarıldı:

“Füzulidə canları bahasına tarixi torpaqlarımızı azad edən əsgər və zabitlərimiz xalqımızın böyüklüyünü bütün dünyaya nümayiş etdirdi. Füzuli tarixi-dini abidələrlə zəngin bir bölgə idi, lakin 30 illik işğal dövründə erməni vandalizminə məruz qalaraq tamamilə dağıdılmışdı. Bu gün isə Füzuli şəhəri yenidən qurulur, sakinləri öz doğma yurdlarına qayıdır. Şəhər, Beynəlxalq Hava Limanı da daxil olmaqla, 1943 hektar ərazini əhatə edəcək. 2040-cı ilə qədər şəhər əhalisinin 50 min nəfərə çatdırılması planlaşdırılır. Beləcə, Füzuli şəhəri əvvəlkindən də gözəl bir şəhərə çevriləcək. Biz hamımız hər zaman şəhidlərimizin xatirəsini əziz tutmalı, qazilərimizə təşəkkür etməliyik”.

BAP Mətbuat Xidməti

Tövsiyə olunanlar

Digər partiya xəbərləri