Elşad Musayev şəhidin anım tədbirində iştirak edib
Bu gün Milli Məclisin deputatı Elşad Musayev şəhid Davud Tariyel oğlu Qurbanovun anım tədbirində iştirak edib.
Binəqədi rayonu Biləcəri bələdiyyəsi və 299 nömrəli məktəb-liseyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən millət vəkili Davud Qurbanovun vətənpərvərliyindən, cəbhədə göstərdiyi şücaətdən və onun keçdiyi şərəfli döyüş yolundan danışıb, xatirəsinin qəlblərdə əbədi yaşayacağını vurğulayıb.
Qeyd edək ki, Davud Qurbanov oktyabrın 3-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Birinci Şıxlı kəndində torpağa tapşırılıb.
BAP Mətbuat Xidməti


