Əsas məzmuna keç
CƏMİYYƏT

Elşad Musayev: "Zəngilan şəhəri ölkəmizin dünyaya açılan yeni logistik qapısına çevrilməkdədir"

BAP BAP Rəsmi İnformasiya Portalı
Paylaş:
Elşad Musayev: "Zəngilan şəhəri ölkəmizin dünyaya açılan yeni logistik qapısına çevrilməkdədir"

Bu gün Zəngilan Şəhəri Günüdür.

2020-ci ilin 20 oktyabr tarixində Azərbaycan ordusu Zəngilan şəhərini düşmən tapdağından azad etdi, və 27 illik həsrətə son qoydu.

Milli Məclisin deputatı, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bapaz.az-a açıqlamasında bildirib ki, Zəngilanın azad olunması təkcə bir rayonun xilası deyil, həm də dövlətimizin iqtisadi və strateji qüdrətinin, sərhədlərimizin bütövlüyünün tam bərpası demək idi:

“Bu gün Zəngilan şəhəri Azərbaycanın dünyaya açılan yeni logistik qapısına çevrilməkdədir. Artıq Zəngilana baxanda dağıdılmış yurd yerləri yox, sıfırdan qurulan “Ağıllı kənd”ləri, beynəlxalq standartlara cavab verən Zəngilan Beynəlxalq Hava Limanını, yeni çəkilən magistral yolları və tunelləri görürük. Həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində Zəngilan sakinləri artıq öz doğma yurdlarında yeni və müasir həyata başlayıblar. Qarabağın və Şərqi Zəngəzurun dirçəlişi bizim üçün həm də mənəvi bir vəzifədir.

Bu gözəl gün vəsiləsilə bizə bu qələbəni yaşadan, canından keçən müqəddəs şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə şəfa diləyirəm. Zəngilanlı həmvətənlərimizi və bütün xalqımızı Zəngilan Şəhəri Günü münasibətilə ürəkdən təbrik edirəm”.

BAP Mətbuat Xidməti

Tövsiyə olunanlar

Digər partiya xəbərləri