23 illik uzun bir yol – BAP
Hər zaman xalqımızın və dövlətimizin maraqlarını qoruyan Böyük Azərbaycan Partiyası (BAP) 23 yaşını qeyd edir. Bapaz.az xəbər verir ki, mövzu ilə bağlı partiyanın sədri, Milli Məclisin deputatı Elşad Musayev sosial şəbəkə hesabında paylaşım edib. Həmin paylaşımı olduğu kimi təqdim edirik:
“Düz 23 il bundan əvvəl “Böyük Azərbaycana doğru…” şüarı ilə heç bir xarici və daxili qüvvəyə söykənmədən Böyük Azərbaycan Partiyasının birinci qurultayını keçirdik. İlk gündən bizim üçün xalqımızın, Azərbaycanın dövlət və milli maraqlarının hər şeydən uca olduğunu bildirdik və üzücü ağır marafona çıxdıq.
Nəticədə BAP-ı ölkənin parlament partiyasına çevirməyi bacardıq.
Yolumuz yenə Böyük Azərbaycana doğrudur…”










BAP Mətbuat Xidməti