26 İyun - Silahlı Qüvvələr Günü
Bu gün Azərbaycan Silahlı Qüvvələr Günüdür.
Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin deputatı Elşad Musayev Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib:
“Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə bütün ordu mənsublarımızı, əsgər və zabitlərimizi ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, daşıdıqları məsuliyyətli vəzifənin icrasında güc-qüvvət arzulayıram!
Şəhidlərimizin müqəddəs ruhunu hörmətlə anır və bir daha Silahlı Qüvvələrimizin bütün əməkdaşlarını təbrik edirəm! “.
BAP Mətbuat Xidməti