Böyük Azərbaycan Partiyası

BAP Mərkəzi Şuranın iclası keçirildi

Bu gün Böyük Azərbaycan Partiyasının baş qərargahında Mərkəzi Şuranın növbəti iclası keçirildi. İclasda ölkədəki ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olundu. Partiya sədri, millət vəkili Elşad Musayev çıxış sözü ilə hər kəsi salamladı, ölkədə və dünyada baş verən hadisələr barədə fikirlərini bölüşdü, hər kəsin real vəziyyətə uyğun davranmasını tövsiyyə etdi.

Tədbir zamanı partiyanın gündəlikdə duran məsələləri müzakirə olundu, gələcək planlar haqqında fikir mübadiləsi aparıldı, Mərkəzi Şura üzvlərinin fikirləri dinlənildi və müxtəlif qərarlar qəbul edildi.

Sonda BAP sədri Elşad Musayev bəzi partiya nümayəndələrinin yeni üzvlük vəsiqəsini təqdim etdi, onlara fəaliyyətlərində uğurlar arzuladı.

BAP Mətbuat Xidməti