Əsas məzmuna keç
GÖRÜŞLƏR

Elşad Musayev Anım Gününə həsr olunmuş tədbirdə çıxış edib

BAP BAP Rəsmi İnformasiya Portalı
Paylaş:
Elşad Musayev Anım Gününə həsr olunmuş tədbirdə çıxış edib

Böyük Azərbaycan Partiyasının (BAP) sədri, Milli Məclisin deputatı Elşad Musayev  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (AR ETN) Coğrafiya İnstitutunda Anım Günü münasibətilə keçirilən tədbirdə iştirak edib.

İnstitut kollektivinin də qatıldığı tədbirdə çıxış edən millət vəkili öncə vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsini yad edib, onların göstərdiyi qəhrəmanlığın Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağı vurğulayıb. Şəhidlərin həyat və döyüş yolunun gənclər üçün bir məktəb olduğunu, yeni nəslin bu ruhda böyüməsinin vacibliyini bildirən millət vəkili Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işlərindən, Böyük Qayıdış proqramından və bölgənin gələcək inkişaf perspektivlərindən danışıb. 

BAP Mətbuat Xidməti

Tövsiyə olunanlar

Digər partiya xəbərləri