Elşad Musayev şəhidin anım tədbirində iştirak edib
Bu gün Milli Məclisin deputatı Elşad Musayev şəhid Ramin Hüseynovun anım tədbirində iştirak edib.
Tədbirdə çıxış edən millət vəkili şəhid Ramin Hüseynovun vətənpərvərliyindən, cəbhədə göstərdiyi şücaətdən və onun keçdiyi şərəfli döyüş yolundan danışıb.
Mərasimdə şəhid ailələri, şəhid Ramin Hüseynovun oxuduğu 284 saylı məktəbin şagird və müəllimləri, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak edib.
BAP Mətbuat Xidməti



