Elşad Musayev şəhidin anım tədbirində iştirak edib
Böyük Azərbaycan Partiyasının (BAP) sədri, Milli Məclisin deputatı Elşad Musayev I Qarabağ müharibəsi şəhidi İlqar Məmmədovun xatirəsinə həsr olunmuş anım tədbirdə iştirak edib.
298 nömrəli tam orta məktəbdə keçirilən tədbirə şəhid ailələri, bələdiyyə və icra nümayəndələri qatılıb, şəhidin büstü ziyarət edilib, gül dəstələri düzülüb, dualar oxunub.
BAP Mətbuat Xidməti



