Əsas məzmuna keç
MEDİA

Elşad Musayev "Türk Dünyası Dialoqları" tədbirində iştirak edib

BAP BAP Rəsmi İnformasiya Portalı
Paylaş:
Elşad Musayev "Türk Dünyası Dialoqları" tədbirində iştirak edib

Bu gün Türkiyə Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən təşkil edilmiş “Türk Dünyası Dialoqları: Ortaq gələcək, Ortaq vizyon” adlı tədbir keçirilib. Tədbirdə Milli Məclisin deputatı Elşad Musayev iştirak edib.

Qeyd edək ki, tədbirin məqsədi Türk Dövlətləri Təşkilatının (TDT) regional və qlobal miqyasda nüfuzunu artırmaq və inteqrasiyanı gücləndirməkdir. Görüş zamanı Türk dünyasının birliyi, media və kommunikasiya sahəsində strateji əməkdaşlıq, ortaq əlifba layihəsi və dezinformasiyaya qarşı birgə mübarizə mövzuları müzakirə olunub.

BAP Mətbuat Xidməti

Tövsiyə olunanlar

Digər partiya xəbərləri