Əsas məzmuna keç
SİYASƏT

Elşad Musayev: "Hər kəs gördü ki, ermənilər tarixi saxtalaşdırıb"

BAP BAP Rəsmi İnformasiya Portalı
Paylaş:
Elşad Musayev: "Hər kəs gördü ki, ermənilər tarixi saxtalaşdırıb"

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfərindən sonra arxasında Ermənistan hakimiyyətinin dayandığı iddia olunan bəzi erməni revanşist qüvvələri hərəkətə keçib.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Elşad Musayev bapaz.az-a açıqlamasında bildirib ki, biz ermənilər tərəfindən dəfələrlə tarixin saxtalaşdırılmasının şahidi olmuşuq:

“İlk növbədə onu qeyd edim ki, nümayəndə heyətinə bölgədəki tarixi hadisələr və tarixi həqiqətlərin izah olunması baxımından bu səfərin çox böyük əhəmiyyəti vardır. Bu günə qədər beynəlxalq ictimaiyyətə ermənilər tərəfindən tarixin saxtalaşdırılması dəfələrlə detallı şəkildə göstərilib. Bu səfərdə də hər kəs gördü ki, Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi – tarixi abidələri, məscidləri, qəbirstanlıqları və tarixi yaşayış yerlərini dağıdıb. Ermənistan cəmiyyətinin indiki reaksiyası da qəbuledilməzdir və təəssüf hissi doğurur”.

BAP Mətbuat Xidməti

Tövsiyə olunanlar

Digər partiya xəbərləri