Böyük Azərbaycan Partiyası

Elşad Musayev vətəndaşları qəbul etdi

Bu gün Milli Məclisin deputatı Elşad Musayev Binəqədi rayonu Binəqədi qəsəbəsində növbəti vətəndaş qəbulu keçirib. Bələdiyyə binasında baş tutan görüşdə rəsmi şəxslər, şəhid ailələri, qazilər və qəsəbə sakinləri iştirak edib.

Qəbul zamanı müraciət və təkliflər dinlənilib, bəzi məsələlər yerində öz həllini tapıb, digər müraciətlər qanunamüvafiq qaydada həll olunması üçün nəzarətə götürülüb.

BAP Mətbuat Xidməti